Dünya futbolu

Mançini planı baş tutmadı, “Cim-Bom” Hollandiyaya üz tutdu

Fatih Terimin “Qalatasaray”dan istefa verməsindən sonra boş qalan posta Robeto Mançininin gətirələcəyi deyilsə də, bu baş tutmayacaq.

Belə ki, təcrübəli çalışdırıcı ilə danışıqlar aparmaq üçün İtaliyaya yollanan “Qalatasaray” rəsmisi Bülənt Tulun, müsbət cavab ala bilməyib. Bundan sonra “sarı-qırmızılılar”ın başqanı Ünal Aysalın göstərişi ilə Bülənt Hollandiyaya üz tutub. O, bir dönəm Rusiya millisini çalışdırmış və hazırda işsiz olan Dik Advokatla danışıqlar masasına oturacaq.

Yeri gəlmişkən onu da qeyd edək ki, Advokat ötən mövsüm çalışdırdığı PSV-dən qovulmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43