Ölkə futbolu

“Xəzər Lənkəran”a qarşı narkoman futbolçu oynayıb

Kokain alverində günahlandırılan Estoniya milli komandasının və “Nomme Kalyu” klubunun futbolçusu Oliver Konsa günahını boynuna alıb. Bu barədə Konsa məhkəmədə etiraf edib.

İttiham aktına əsasən, o, qrup tərkibində 2012-ci ilin noyabrında Tallin və Xaryuma şəhərlərində böyük həcmli narkotik maddələrin qanunsuz dövriyyəsində – alınması, saxlanılması, daşınması və satışında dəfələrlə iştirak edib. Futbolçu 12 noyabr 2012-ci ildə həbs olunub.

Qeyd edək ki, Oliver Konsa 2012-2013-cü il mövsümündə Avropa Liqasının I təsnifat mərhələsində “Nomme Kalyu”nun heyətində “Xəzər Lənkəran”a qarşı hər iki oyunda iştirak edib. 28 yaşlı hücumçu ötən il iyulun 5-də Lənkərandakı ilk matçda 85 dəqiqə, iyulun 10-da isə Tallindəki cavab görüşündə 90 dəqiqə meydanda olub. “Xəzər Lənkəran” evdə 2:2 hesablı heç-heçəyə rəğmən, səfərdə 2:0 hesablı qələbə sayəsində mərhələ adlayıb.

lent.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43