Dünyadan

Maradona: “Qadınlar futbol haqda danışmasın”

Argentinalı futbolçu Lavezzinin milli komanda düşərgəsində narkotikdən istifadə etdiyi iddiası ölkədə hər keçən gün yeni bir müzakirəni doğurur.

İdmanxeber.com-un məlumatına görə, Argentina mətbuatında bir jurnalistin, Lavezzinin milli komanda düşərgəsində narkotik istifadə etdiyi iddiasını ortaya atmasının ardından komandanın kapitanı Lionel Messi, bundan belə futbolçular olaraq Argentina mətbuatına müsahibə verməyəcəklərini açıqlamışdı.

“Mançester Yunated”də forma geyən Serxio Romeronun həyat yoldaşı da bir televiziya proqramında xəbəri hazırlayan jurnalist haqqında sərt sözlər demiş, Romero isə mövzu ilə bağlı səssiz qalmışdı.

Dünya futbolunun ən əhəmiyyətli fiqurlarından olan Maradona isə bu proqramın ardından futbolçuları tənqid edib. Romeronun yoldaşının çıxıb televiziyada şərh etməsini axmaq hərəkət adlandıran Maradona, “Əgər həmişə birlikdə bir qərar alıb bunu tətbiq etsəniz, problem yoxdur. Ancaq futbolçuların susub yoldaşlarının danışması həqiqətən ayıbdır. Qadınlara böyük hörmət edirəm, ancaq oyunçular danışmırsa, onlar da danışmasın” , – deyə bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43