Dünyadan

“Qırmızı lalə” Şimali İrlandiyanın başına bəla oldu

Uels və Şimali İrlandiya milli komandaları, döyüşlərdə ölən və yaralanan əsgərləri xatırlamaq məqsədilə matçlara qırmızı lalə simvolu ilə çıxmalarından ötəri FIFA İntizam Komitəsinə sövq edilib.

İdmanxeber.com-un məlumatına görə, FİFA bununla bağlı açıqlama yayıb.

Açıqlamaya əsasən, DÇ-2018 seçmə mərhələsi çərçivəsində 11 noyabrda Şimali İrlandiyanın Azərbaycanla, 12 noyabrda isə Uelslə Serbiya yığma komandaları arasında keçirilən matçlarda, stadionlarda açılan qırmızı laləni təsviri edilən pankartlar səbəbi ilə iki ölkə milli komandası haqqında intizam işi açılıb.

Bu qarşılaşmalarda Şimali İrlandiya Azərbaycanı 4-0 məğlub etmiş, Uels isə Serbiya ilə 1-1 bərabərə qalmışdı.

Qeyd edək ki, Birləşmiş Krallıqda hər il 11 noyabrda döyüşlərdə ölən və yaralanan əsgərlər xatırlanır. Britaniya xalqı, noyabr ayı ərzində yaxasına anma gününün simvolu olan qırmızı lalə təsvirləri taxır. FİFA, matçlarda siyasi, dini və reklam ehtiva edən ismarıcların ya da işarələrin futbolçuların üzərində və ya stadionlarda olmasına icazə vermir.

11 noyabrda Uembli stadionunda İngiltərə ilə Şotlandiya arasında oynanan matçda, iki komanda futbolçuları qırmızı lalə simvolu olan təsvirlərlə meydana çıxmış və FİFA iki komanda haqqında da intizam işi başlatmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43