Kateqoriyasız

“Marsel” – “Qarabağ” matçını canlı yayımlayacaq kanallar

Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Marsel” – “Qarabağ” oyununa az müddət qalıb.

İdmanxeber.az-ın məlumatına görə, fevralın 17-də keçiriləcək görüş dünyanın bir çox ölkəsində canlı yayımlanacaq. Azərbaycan futbol tarixində bir ilkə imza ataraq avrokuboklarda pley-off mərhələsinə yüksələn “köhlən atlar”ın “Marsel”lə olan ilk duelini ölkəmizdə “CBC Sport” kanalı canlı yayımlayacaq.

Bir çox telekanalın hələ ki, proqramı bəlli olmadığından tam siyahını sizə təqdim edə bilmirik.

Xatırladaq ki, matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

“Marsel” – “Qarabağ” – CBC Sport, Kanal + Sport (Fransa), ESPN (ABŞ), RTE (İrlandiya), BT Sport (İrlandiya)

Tərəflər arasında cavab görüşü isə fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43