Ölkə futbolu

“Məğlub olmamağımız bizim üçün uğur olacaq” – Qara Qarayev

"Anderlext"lə oyun bizim üçün çətin keçəcəyi bəllidi, amma mümkünsüz heç nə yoxdu. Sözsüz ki, rəqib Bakıdaki məğlubiyyətin acığını çıxmağa çalışacaq"

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Topaz Premyer Liqasının 15-ci turunda "İnter"i məğlub edən (1:0) "Qarabağ"ın futbolçusu Qara Qarayev jurnalistlərə açıqlamasında deyib.

O bilidirib ki, komanda "Anderlext"lə keçiriləcək səfər matçında qələbə üçün əlindən gələni edəcək:

"Səfərdə yaxşı oynayırıq. Düşünürəm ki, layiqli mübarizə aparacağıq. Bir qədər şansızlığımız da oldu. "Monako" səfərini xüsusi qeyd edərdim. Bu səfərdən xal gətirə bilərdik. Lakin "Tottenhem" səfəri ən ağır səfəri idi. Biz yenə də "Tottenhem"dən aslı olmayaraq öz işimizi görməliyik. Yaxşı mübarizə aparıb qələbə qazanmaq istəyirik. Düşünürəm ki, məğlub olmamağımız da bizim üçün uğur sayıla bilər"

 

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43