Ölkə futbolu

“Mən 2005-dəki Şahin deyiləm” – Şahin Diniyev

“Kəpəz” – “Neftçi” matçından sonra meydan sahiblərinin baş məşqçisi Şahin Diniyevin mətbuat konfransı keçirilib.

İdmanxeber.com xəbər verir ki, təcrübəli mütəxəssis qələbəni belə şərh edib: “Hər birinizi salamlayıram. Əziyyətinizi halal edin. Doğurdan da meydança çox ağır idik. “Kəpəz” texnikalı futbolçulardan ibarətdi. Mübarizəli oyun idi, meydanın hər qarışı uğrunda mübariə apardıq. Taktiki cəhətdən daha səmərəli oynadıq. Fikrimcə layiqli qələbə qazandıq”.

– Qələbədən həzz ala bildiz?

– Məşqçi üçün belə heyətlə oyuna köklənmək çətindi. Bəzi futbolçularımız oynamadı. Aldığım həzz odu ki, futbolçular meydanın hər qarışı uğrunda mübarizə aparmaları oldu. Qələbəyə görə xoşbəxtəm. Amma sabit oyunumuz yoxdu.

– Bu yaxında baba olmusuz. Razılaşırsızmı nəvənizin ayağı düşərli oldu?

– Suala görə çox sağ olun. Təbii ki, nəvəmin dünyaya gəlməsi sevindirici haldı. Şadam ki, yenidən Şahin Diniyev doğuldu. O cümlədən uşaqlara da təşəkkür edirəm ki, yaxşı oynadılar.

– Oyundan əvvəl düşüncələr vardı ki, komanda uduzsa “Kəpəz”dən ayrıla bilərsiz?

– Mən 2005-dəki Şahin deyiləm. Nə bacarıram onu etməyə çalışıram. Gəncə azarkeşləri çox şey istəyir. İşimi itirməkdən qorxmuram. Başqa şeylərə fikir versəm, gərək işləməyim.

– “Neftçi”nin hazırkı durumu sizi nə dərəcədə narahat edir?

– Nə qədər güclü klub olsa, futbol daha da inkişaf edər. “Neftçi” hamımızın qürur mənbəsidi. Komanda bu tənəzzüldən tez çıxmalıdı. Çox arzulayıram ki, əvvəlki əzmini geri qaytaracaq.

– Mətbuat arasında bilinir ki, sözünüz də bütöv adamsız. Deyir oğlan olanda qonaqlığı atası, qız olanda anası verir. Jurnalistlərin qonaqlığını kim verəcək?

– Mən (gülür). Harda olursuz olun, zəng vurun qulluğunuzda həmişə hazıram.

Sport7.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43