Ölkə futbolu

“Avrokuboklara getmək şansımız var, bundan istifadə edəcəyik” – Elxan Abdullayev

“Kəpəz” – “Neftçi” matçından sonra qonaqların baş məşqçisi Elxan Abdullayevin mətbuat konfransı keçirilib.

İdmanxeber.com xəbər verir ki, mütəxəssis “Neftçi”nin məğlubiyyətini belə izah edib: “Hər iki komandaya 3 xal lazım idi. Hiss olunurdu ki, iki tərəfdə də istək vardı. Futbolda belədi ki, şanslardan istifadə etməlisən”.

– “Neftçi” üçün mövsümü bitmiş saymaq olar?

– Belə deməzdim. Qarşıda 15 oyun var. Maksimimum xal yığmalıyıq. Avrokuboklara getmək şansımız var, bundan istifadə edəcəyik.

– Hesabdan başqa sizi nə qane etmədi.

– Müdafiədəki oyun. “Neftçi” hər oyun iki qol buraxıb. Təəssüflər olsun ki, müdafiədə boşluqlar var.

– Bəlkə ən azı bir dəfə psixoloqa müraciət edəsiz ki, komandaya faydası olsun?

– Fasiləyə 1 oyun qalıb. Ustalıq da vacibdi. Razılaşmaq lazımdı ki, “Neftçi” çox zəifdi. Fasiləni gözləyirəm. Dəyişikliklərə ehtiyac var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43