Kateqoriyasız

Məşhur mütəxəssislə danışıqlar donduruldu: “Qəbələ” 3 məşqçi arasında seçim edir

"Qəbələ"nin yeni baş məşqçisi olacağı gözlənilən Dorinel İonel Muntyan əyalət klubunu çalışdırmayacaq.

İdmanxeber.com-un məlumatına görə, bu barədə klubun vitse-prezidenti Fariz Nəcəfov məlumat verib. Klub rəsmisi bildirib ki, siyahılarında olan 4 məşqçidən biri olan Rumıniyanın canlı əfsanəsi ilə danışıqlar müsbət yekunlaşmayıb.

Baş məşqçi məsələsinə yaxın 1-2 gündə aydınlıq gələcək.

Qeyd edək ki, Muntyan "Volfsburq", "Köln" və "Styaua" kimi məşhur klublarda çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43