Dünya futbolu

Messi-Ərdoğan görüşməsi təxirə salındı

“Barselona”nın argentinalı ulduz futbolçusu Leonel Messinin Türkiyəyə səfəri baş tutmayıb. 

İdmanxeber.com-un məlumatına görə, bu barədə “Daily Mirror” xəbər verib.

Antalyada keçiriləcək dostluq görüşündə iştirak etmək üçün Türkiyəyə gəlməyə hazırlaşan Messi fikrindən daşınıb. Buna səbəb Türkiyədə baş verən “çevrilişə cəhd” hadisəsi olub. 

Antalyada keçirilməsi nəzərdə tutulan dostluq görüşündə dünyanın bir çox məşhur futbol “ulduzları”yla yanaşı, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirakı nəzərdə tutulmuşdu.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43