Dünyadan

Messi “Barselona”nı şoka saldı

“Barselona”nın ulduz futbolçusu Leonel Messi klublararası dünya çempionatının yarımfinal matçında “Quanqjou” klubuna qarşı çıxış etmədi.

İdmanxeber.com-un məlumatına görə, sən demə argentinalı forvardın böyrəyində daş var imiş. Məhz bu səbəbdən də ulduz futbolçu oyunu buraxmaq məcburiyyətində qalıb. 

Kataloniya təmsilçisinin idman direktoru Robert Fernandez Messinin hansı müddətə meydana çıxacağını sual olaraq saxlayıb

“Messi hazırda yaxşı deyil. Böyrəyində daşın olması onu çox incidir. Bunun necə ağrılı olduğunu hamımız bilirik. Gələcək oyunlarda Leonun oynayıb-oynamayacağı məlum olacaq”.

Qeyd edək ki, “Barselona” bazar günü klublar arası dünya çempionatının finalında “River Pleyt” klubu ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43