Kateqoriyasız

Zabit Səmədov revanş döyüşünə hazırlaşır (VİDEO)

Azərbaycanlı K-1 döyüşçüsü Zabit Səmədovun polşalı Pol Slovinski ilə revanş döyüşünə həsr olunnan videoçarx hazırlanıb.

İdmanxeber.com-un “Report”a istinadən verdiyi məlumata görə, Çeçenistanın paytaxtı Qroznıdakı “Kolizey” idman zalında dekabrın 26-da keçiriləcək döyüşlə bağlı videoçarx “Facebook” şəbəkəsində də yerləşdirilib.

“Mauqli” və “Jalo” ləqəbli idmançıların qarşılaşması “Akhmat Fight Show” turniri çərçivəsində baş tutacaq.

Qeyd edək ki, Zabit Səmədov və Pol Slovinskinin 2007-ci ildə Hollandiyada keçirilmiş ilk döyüşündə azərbaycanlı K-1 ustası məğlub olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43