Kateqoriyasız

Messi dünya rekordunu təkrarladı

Lionel Messi DÇ-2022-də ilk oyununa çıxmaqla dünya rekordunu təkrarlayıb.

İdmanxeber.az-ın məlumatına görə, Argentina yığmasının hücumçusu Səudiyyə Ərəbistanı ilə hazırda davam edən qarşılaşmaya start heyətində çıxıb. Bu, Lionelin iştirak etdiyi 5-ci dünya çempionatıdır.

Messi 5 mundialda meydana çıxan 5-ci oyunçudur. Ona qədər Antonio Karvaxal, Rafael Markes (hər ikisi Meksika), Lotar Matteus (Almaniya) və Canluici Buffon (İtaliya) buna nail olub.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43