Dünyadan

Messidən daha bir ilk

Argentina millisinin futbolçusu Lionel Messi daha bir ilkə imza atıb.

İdmanxeber.com-un məlumatına görə, Boliviya ilə yoldaşlıq görüşündə dubl edən Messi yığmasının tarixinə düşüb.

Dünənki matçda fərqlənən 28 yaşlı futbolçu Cənubi Amerika qitəsinin bütün yığmalarına qol vuran ilk argentinalı futbolçu olub. Lakin ondan öncə 3 futbolçu eyni uğura imza atıb.

Messiyə qədər Ziko (Braziliya), Arnoldo İquaran (Kolumbiya) və Aqustin Delqado (Ekvador) Cənubi Amerikanın bütün milli komandalarına qol vurmağı bacarıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43