Dünya futbolu

Messinin “Barselona”dakı taleyinə aydınlıq gəldi – RƏSMİ

“Barselona” Lionel Messi ilə müqavilənin müddətini uzadıb.

İdmanxeber.com-un məlumatına görə, bu haqda klubun saytı məlumat yayıb.Ulduz futbolçunun 2018-ci ildə başa çatacaq müqaviləsi 2021-ci ilin yayına qədər uzadılıb.

Onu transfer etmək istəyən komada isə 300 milyon avrosundan keçməli olacaq.

2003-cü ildən “Barselona”nın şərəfini qoruyan Argentinalı futbolçu indiyədək Kataloniya klubunda 615 oyun keçirib və 518 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43