Ölkə futbolu

Tural Axundovdan sonra “Kəpəz”in yeni kapitanı kimdi? – ÖZƏL

Cari mövsümün başa çatmasının ardınca "Kəpəz"in futbolçusu Tural Axundovun komandanı tərk edərək "Sumqayıt"a üz tutması təkcə onun mövqeyinin deyil, eləcə də kapitanlıq sarğısının boş qalması demək idi.

İdmanxeber.com-un məlumatına görə, bu gün səhər saat 11:00-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda ilk məşqlərinə çıxan "sarı-göylər"in yeni kapitanının adına aydınlıq gəlib. Belə ki, Axundovun gedişindən sonra kapitanlıq  Şəhriyar Rəhimova həvalə olunub. Rəhimovun yoxluğunda isə vitse-kapitan kimi onun adaşı Şəhriyar Əliyev sağını qoluna bağlayacaq. 

Qeyd edək ki, Gəncə təmsilçisində 3-cü kapitan Kərim Diniyevdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43