Ölkə futbolu

Roman Qriqorçuk: “İndi başa düşürük ki…”

“Bu matçın olmasına görə şadam. Bizim üçün “Dinamo” böyük avtoritetdi, ona həmişə belə yanaşacağıq. Biz minnətdarıq ki, belə komandayla oynaya bildik”.

Bu fikirləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Kiyev “Dinamo”suna 1:2 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra həmin klubun mətbuat xidmətinə açıqlamasında bildirib.

Avstriyanın Zalsburq bölgəsindəki təlim-məşq toplanışında həmyerliləri ilə keçirdikləri matç haqda təəssüratlarını bölüşən ukraynalı mütəxəssis qarşılaşma haqda fikir söyləməyin çətin olduğunu söyləyib: “Çünki belə götürəndə, bizdə yeni komandadı. Futbolçuları yığdıq, komandaya dəvət etdik. Belə baxanda, onarın imkanlarını hələ bilmirik. Bu matçda meydanda elə çox şey vardı ki, onları təhlil etdik çətindi: nizamsızlıq…hətta danışmaq istəmirəm. Yaxşı odur ki, matç vardı. Biz özümüzü “Dinamo”nun fonunda gördük. İndi başa düşürük ki, bizdə komanda yoxdu, onu yaratmaq üçünsə çox az vaxtımız var”.

Qriqorçuk Kiyev “Dinamo”sunun gəncləri haqda xoş sözlər deyib: “Ukraynada gənc futbolçular var və olacaq. Böyük potensial görünür. Onların hamısı yaxşı keyfiyyətlərə malikdi. Bütün futbolçular sürətlidi və futbol intelektinə malikdi. Mən böyük potensial görürəm. Düşünmürəm ki, “Dinamo”dan kimsə bizə keçə bilər, mən bunu heç yaxına buraxmıram. Ancaq deyim ki, belə bir imkan olsaydı, biz bu hala şad olardıq. “Dinamo”nun istənilən futbolçusu bizə köməkçi olardı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43