Dünya futbolu

“İnter” “Mançester Yunayted”in təklifini rədd etdi

“İnter” “Mançester Yunayted”in təklifini rədd etdi.

İdmanxeber.com-un məlumatına görə, bir müddət öncə İvan Perişiç üçün “İnter”ə təklif göndərən “qırmızı şeytanlar”ın şərtləri İtaliya klubunu qane etməyib. Milan təmsilçisi futboçu üçün “Mançester Yunayted”dən 55 milyon avro tələb edir. Lakin ingilislər 45 milyon avrodan artıq ödəmək niyyətində deyil.

Daha öncə “Mançester Yunayted” klubu futbolçu üçün 30-32 milyon avro təklif etmişdi. Lakin daha sonra bu məbləğ 45 milyon avroya yüksəlmişdi.

Qeyd edək ki, cari mövsüm “İnter”in heyətində 42 oyuna çıxan 28 yaşlı vinger 11 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43