Dünya futbolu

Messinin PSJ-dən ayrılacağı təsdiqləndi

PSJ-nin baş məşqçisi Kristof Qaltye Lionel Messinin komandadan ayrılacağı bildirib.

İdmanxeber.az-ın məlumatına görə, fransalı mütəxəssis Liqa 1-in 38-ci turunda “Klermon”la qarşılaşmanın Leo üçün sonuncu olacağını deyib.

35 yaşlı argentinalının parislilərlə müqaviləsi mövsümün sonunda başa çatır.

Messi 2021-ci ilin yayından PSJ-də çıxış edir. O vaxtdan bəri o, parislilərin heyətində 74 oyun keçirib, 32 qol vurub və 35 məhsuldar ötürmə verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43