Dünya futbolu

Modriç “Real”dan getmir

Luka Modriç “Real”dan ayrılmaq fikrində deyil.

İdmanxeber.az-ın məlumatına görə, xorvatiyalı futbolçu Madrid klubundan ayrılmaq niyyətində deyil. Daha öncə xorvatiyalının Səudiyyə Ərəbistanından təklif aldığı bildirilirdi. 

Ancaq Modriç bu iddiaları ciddiyə almır. O, yeni mövsümü də “Real”da keçirmək istəyir. 

Hətta təcrübəli futbolçunun Qətər klublarından aldığı təklifləri də geri çevirdiyi vurğulanıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43