Ölkə futbolu

“Meydanda Elmarla Rəşad oynamır”

“Zirə” çox yaxşı komandadır. Bu turlara qədər eniş dönəmində idik. Getdikcə daha məzmunlu oyun göstərəcəyik. Çətin də olsa, qələbə qazandıq. Qarşıdakı oyunlara hazırlanmalıyıq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev “Zirə” oyunu sonrası deyib. O, daha sonra belə davam edib:

“Meydanda Rəşadla Elmar oynamır. Komanda çıxış edir. Oyun bəzən alınır, bəzən yox. Hər iki komanda da qələbəyə layiq idi. Qırmızı vərəqə aldığım epizodda emosiyamı göstərdim. Hakimlər hər epizoda reaksiya verməli deyillər. 

Heyətdə oyuna təsir edə biləcək oyunçuların sayı çox deyil. Güclənməyə ehtiyac var. Rəhbərliklə danışığımız olub. Fasilədə bir oyunçu gətirəcəyik”. 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43