Ölkə futbolu

 “Zirə” uduzdu, “Neftçi” qalib gəldi – YENİLƏNİB

Bu gün futbol üzrə Misli Premyer Liqasında V turun daha iki oyunu baş tutacaq.

İdmanxeber.az verir ki, ilk olaraq “Qəbələ” “Zirə”ni qəbul edib. Cari mövsüm xal qazana bilməyən “qırmızı-qaralar” beş turdan sonra ilə qələbəsinə yiyələnib – 1:0. Bundan öncəki bütün görüşlərdə meydandan qalibiyyətlə ayrılan “qartallar” cari mövsüm ilk dəfə məğlub olub.

Günün ikinci matçında “Neftçi” “Sumqayıt”ın qonağı olub. “Ağ-qaralar” görüşdən minimal hesablı qələbə ilə ayrılıb -1:0  Bu qələbənin ardından xallarının sayını 8-ə çatdıran “Neftçi” 3-cü pillətə yüksəlib. 

Rəqiblərindən bir oyun az keçirən “Gənclik şəhəri” təmsilçisi 7 xalla dördüncü sıraya geriləyib.

Azərbaycan Premyer Liqası, V tur

2 sentyabr (şənbə)

18:00. “Qəbələ” – “Zirə” 1:0

Qol: Rauf Hüseynli, 19

Qırmızı: Elmar Baxşıyev
Hakimlər: Cavid Cəlilov, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Qəbələ şəhər stadionu

20:30. “Sumqayıt” – “Neftçi” 0:1

Qol: Dieqo Valdez, 74
Hakimlər: Rauf Allahverdiyev, Müslüm Əliyev, Cəmil Quliyev, Kamal Umudlu.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
“Kapital Bank Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43