Ölkə futbolu

Adrian Mutu: “Daha güclü heyət qurmaq istəyirik”

“Kəpəz”lə matçda komandamdan daha çoxunu gözləyirdim. Amma ümumi götürsək, çətin perioddan keçmişik. Fasilədə də öz üzərimizdə yaxşı çalışacağıq ki, daha uğurlu çıxış edək. Yaxın günlərdə yeni transferi görəcəksiz. Həmin transferlərdən sonra bizim üçün pəncərə bağlanacaq. Daha yaxşı, daha güclü heyət qurmaq istəyirik. Komandaya gəldikdən bəri əlimdə olan heyətdəki futbolçuların çıxışından razıyam. Hamısını qələbə münasibəti ilə təbrik edirəm. Bu cür meydanda oynamaq elə də asan deyil. Ancaq üç xalla evə gedə bilirik. Bəzən çətinliklər olur, lakin sonda qazanılan qələbə insanı sevindirir”. 

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Adrian Mutu “Sumqayıt” oyunundan (1:0) sonra deyib. O, “ağ-qaralar”ın yeni transferi Dieqo Valdez barəsində də danışıb::

“Komandaya bir neçə gün öncə qoşulub. Bundan əvvəlki oyunda ona şans vermədim. İstədim ki, oyunumuza, məşqimizə baxıb komandaya adaptasiya olsun. Bu gün bir neçə dəqiqə oynadı. Ondan yararlanıb qol da vurdu. Göstərdi ki, qol da vura bilir. Onun performansı məni sevindirir”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43