Ölkə futbolu

“Oyunumuz da pis alınmadı” – Samir Abasov

“Neftçi”ni qələbə münasibətilə təbrik edirəm. Pis oynamadıq, futbolçularımı da paltardəyişmə otağında təbrik etdim. Doğrudur, görəcəyimiz işlər çoxdur. Amma əvvəlki üç turdakı ikinci yarıda komanda çox əziyyət çəkirdi. Məncə, komanda 3-4 turdan sonra fiziki sarıdan tam hazır olacaq. Oyunumuz da pis alınmadı. İlk yarıda iki qapıda da epizodlar olmadı. Konsentrasiyamız yaxşı idi. Qol buraxdıqdan sonra daha yaxşı oynadıq. Böyük qüvvə ilə irəli getdik. Daha yaxşı olacağıq. Çünki komandamız gec yığışıb, transferlərimiz də gec gəlib. Amma buna görə heç kimi qınamıram. Bu işin içində özüməm. Bu cür oyunlar önəmlidir. Azarkeşlər sona qədər qaldılar”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov “Neftçi” görüşü (1:0) sonrası deyib. O, daha sonra belə davam edib:

“Rəqibin qol vurmaq üçün az epizodu olsa da, onu dəyərləndirməsi ustalıq tələb edir. “Neftçi” də bunu göstərdi. Öz komandamın adına deyirəm ki, yaxşı oynadıq. Heç kim oyundan qopmadı. Uduzmasaydıq, heç-heçə olsaydı, daha yaxşə əhval-ruhiyyə ilə gedərdik. Bəlkə də, ədalətli nəticə elə olardı”. 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43