Dünyadan

Milan Baroş “Qarabağ”a qarşı oynamaya bilər

“Slovan”ın əsas futbolçularından olan Milan Baroş zədələnib.

İdmanxeber.com-un məlumatına görə, bu barədə klubun baş məşqçisi Yindrix Trpişovski məlumat verib.

“Yablonets” ilə keçirilən liqa matçının ilk dəqiqələrində zədələnən Baroşun “Qarabağ”a qarşı oynayıb-oynamayacağı dəqiqləşməyib.

“Slovan” – “Qarabağ” oyunu noyabrın 24-ü keçiriləcək.

Xatırladaq ki, Baroş Bakıda “Qarabağ”la keçirilən oyunda (2:2) qol vurmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43