Dünya futbolu

“Milan” Leaunu açıqlayır – 175 milyon avroluq bənd

“Milan” gələn həftə Rafael Leau ilə müqaviləni uzadıldığını açıqlayacaq.

İdmanxeber.az-ın məlumatına görə, portuqaliyalı yarımmüdafiəçi İtaliya klubu ilə 2028-ci ilə qədər sözləşmə imzalayacaq. Futbolçunun maaşı illik beş milyon avro və bonuslar olacaq.

Rafael Leaunun müqaviləsindəki sərbəst qalma bəndi 175 milyon avrodur.

Futbolçu ilə klub arasında bütün sənədlər imzalanıb. Rəsmi olaraq müqavilənin uzadılması gələn həftə elan edilməlidir.

Leau bu mövsüm A Seriyasında 32 matçda 12 qol vurub və 7 məhsuldar ötürmə verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43