Dünya futbolu

“Milan” və “İnter” bu transferlər üçün ümumilikdə 280 milyon avro xərcləyəcək – SİYAHI

“Milan” və “İnter”in çinli sahibləri komandalara yeni mövsüm üçün ciddi investisiya ayırmağı planlaşdırır.

İdmanxeber.com-un “Corriere dello Sport”a istinadən yaydığı məlumata görə, 2017/2018-ci il mövsümündə A seriyasından Çempionlar Liqasında 4 komandanın iştirakı dəqiqləşərsə, sözügedən klubların rəhbərləri klublara transferlər üçün ciddi məbləğdə pul ayıracaqlar. “Milan”ın yeni rəhbərliyi komandaya 130, “İnter”in rəhbərliyi isə 150 milyon avro ayırmağı planlaşdırır.

“Milan” rəhbərliyi yeni mövsüm üçün Alvaro Morata, Kərim Benzema, Mateo Kovaçiç (hamısı “Real”), Pierre-Emerik Aubameyanq (“Borussiya), Aleksandr Lakazett (“Lion”), Mateo Mussako (“Vilyareal”) və Daniel de Rossini (“Roma”) heyətinə qatmağı planlaşdırır.

“İnter”də isə siyahı “Milan”a nisbətən daha qısadır. Komanda Fabinyo (“Monako”), Andrea Petano (“Atalanta”), Kostas Manolas (“Roma”), Markinyos (PSJ) və Stefan de Vrey (“Latsio”nu transfer etmək istəyir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43