Kateqoriyasız

“Milan”ın futbolçusu millimizlə oyuna dəvət aldı

“AVRO-2016″nın seçmə mərhələsində milli komandamızla qarşılaşacaq İtaliya millisinin heyətinə Lorenso İnsinyenin oynamayacağını xəbər vermişdik.

İdmanxeber.com-un məlumatına görə, İnsinyenin əvəzinə “Milan”ın yarımmüdafiəçisi Cakomo Bonaventura İtaliya millisinə dəvət alıb.

Qeyd edək ki, Azərbaycan və İtaliya milli komandalarının qarşılaşması 10 oktyabr saat 21:00-da “Bakı Olimpiya Stadionu”nda baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43