Ölkə futbolu

“Kəpəz” qisas arzusunda

Millimizin “Avro-2016″nın seçmə mərhələsindəki oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən “İnter” və “Kəpəz” maksimum yararlanmağa çalışır.

İdmanxeber.com-un məlumatına görə, məhz buna görə də, adı çəkilən komandalar bir-biriləri ilə yoxlama matçında üz-üzə gələcəklər. 

Qarşılaşma oktyabrın 10-da keçiriləcək.

Qeyd edək ki, cari mövsüm Premyer Liqada bu komandalar arasında keçirilən oyun 1:0 hesabı ilə “İnter”in xeyrinə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43