Kateqoriyasız

Milli paytaxt klubunu məğlub etdi

Bakıda təlim-məşq toplanışını başa vuran 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində son yoxlama oyununu keçirib.

İdmanxeber.az xəbər verir ki, “Səbail”in U-17 komandası ilə qarşılaşan millimiz 4:1 hesablı qələbə qazanıb. Tariyel Fərzəliyev dubl etdiyi oyunda millimizin digər qollarını Amid Qasımov və Anar Hüseynov vurub.

Qeyd edək ki, milli daha öncə keçirdiyi hazırlıq matçında “Sumqayıt”ın U-17 komandasını 7:0 hesabı ilə məğlub etmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43