Kateqoriyasız

PFL prezidenti: “Superkuboku bərpa etməyə çalışırıq”

“Azərbaycan Superkubokunu bərpa etməyə çalışırıq”.

Bu barədə Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov eksklüziv məlumat verib.

Qurum rəhbəri bildirib ki, mövsümün sonunda Superkubokun təşkili məsələsi artıq müzakirə olunub: “Səmimi deyim ki, problemimiz Superkuboku nə vaxt keçirməyimizlə bağlıdır. Çünki təqvim çox sıxdır, bu matçı əlavə etməyə yer yoxdur. Yenə də çalışırıq ki, mövsümün sonu üçün təqvimə Superkuboku əlavə edək. Ancaq indidən buna söz verə bilmərəm”.

Qeyd edək ki, Azərbaycan Superkuboku sonuncu dəfə 2013-cü ildə keçirilib. Naxçıvanda baş tutan həlledici qarşılaşmada “Xəzər Lənkəran” “Neftçi”ni (2:1) məğlub edib. (report)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43