Kateqoriyasız

“İrəlidə bizi maraqlı ikinci hissə gözləyir” – Şahruddin

“Qarabağ”ın futbolçusu Şahruddin Məhəmmədəliyev sosial şəbəkə hesabında paylaşım edib.

İdmanxeber.az-ın məlumatına görə, o, “2022/2023 mövsümünün yarısına çatdıq. İrəlidə bizi maraqlı ikinci hissə gözləyir. Hər bir azarkeşə böyük minnətdarlıq bildirmək istərdim. Sizinlə birlikdə biz daha da güclüyük” – deyə, bildirib.

Qeyd edək ki, “Qarabağ” qış fasiləsinə 50 xalla lider olaraq yollanıb. Ağdam klubu ən yaxın izləyicisi “Sabah”ı 7 xal qabaqlayır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43