Kateqoriyasız

“Qarabağ”dan ayrılan futbolçuların yerini doldurmaq çətin olur” – Zaur Həşimov

“İlk dövrənin tamamında “Sabah”, “Qarabağ” və “Neftçi” öz güclərinə görə tutduqları mövqedədirlər. Ağdam klubu həmişəki çıxışını davam etdirir, “Sabah” isə son turlara qədər yaxşı idi. Hətta onların “Qarabağ”la çempionluq yarışında olacaqlarını deyənlər də vardı”.

Bu sözləri İdmanxeber.az saytına “Zirə”nin sabiq baş məşqçisi Zaur Həşimov Misli Premyer Liqasının ilk dövrəsini dəyərləndirərkən deyib.

41 yaşlı mütəxəssis daha sonra belə davam edib:

“Qarşıda bizi 18 tur gözləyir. “Sabah”ın yenidən tam gücünü toplayacağını gözləyirəm. “Neftçi”də isə qeyri-stabil çıxış davam edir. Ancaq onlar da “Qarabağ” və “Sabah”dan fərqli olaraq yollarına ölkə kubokunda davam edirlər. Əslində “ağ-qaralar”ın bu cür qeyri-stabil çıxışı gözlənilən deyildi. Düzdür, Regekamf komandanı özü yığmayıb. Heyət də mütləq dəyişiklik olmalıdır. Baş məşqçi özü də bunu qeyd edib. Ümumiyyətlə, “Qarabağ”la çempionluq yarışı üçün “Neftçi” və “Sabah” 5-6 yüksək səviyyəli futboçu almalıdır. Açığı, “Neftçi”nin çempionluq mübarizəsinə qayıdacağına inanmıram. Ancaq ölkə kubokunu qazanıb mövsümü titulla bitirə bilər”.

Z.Həşimov son günlərinin ən çox müzakirə mövzusu olan Kadi Borges və Veşoviçin  “Qarabağ”dan ayrılma ehtimalına da münasibət bildirib:

“Hər iki futbolçunun da gedişi “Qarabağ”ı zəiflədəcək. Ola bilsin ki, bu, çempionatda çox hiss olunmasın. Ancaq avrokuboklarda hazırda Kadinin yerini dolduracaq oyunçu yoxdur. “Krasnodar” yaxşı seçimdi. Məlum səbəblərə görə onların avrokuboklara çıxışı qadağandır. Bu səbəbdən də transferin alınmayacağını düşünürəm. Əgər əksi olsa, komanda güc itirəcək. Çünki təcrübə göstərir ki, “Qarabağ”dan ayrılan futbolçuların yerini doldurmaq çətin olur. Çempionatımıza yaxşı oyunçular gəlmək istəmirlər. Bunu dəfələrlə eşidirik. Məsələn, Patrik Andradenin boşluğu mənə görə hələ də dolmayıb. Bu səbəbdən də Kadi və Veşoviçin klubdan ayrılamsı konkret komandaya təsir edəcək”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43