Kateqoriyasız

Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri başa çatdı (FOTOLAR)

“Sabunçu Gənclər Evi”ndə ölkəmizin əlamətdar günləri ilə bağlı şahmat turnirlərinin keçirilməsi artıq ənənə halını alıb. 

İdmanxeber.com-un məlumatına görə, bu qəbildən olan və yaxın günlərdə keçirilən növbəti şahmat üzrə tempo turniri Milli Qurtuluş Gününə həsr olunub. Turnirdə bir sıra ixtisaslaşmış şahmat məktəblərinin, habelə orta məktəblərin balaca zəka sahibləri mübarizə aparıblar. “Sabunçu Gənclər Evi”nin şahmat dərnəyinin müəllimi Araz Babayev hakimliyi ilə təşkil olunan turnir çox əzmkar ve gərgin mübarizə şəraitində keçib. Turnirdə 1-ci yeri “Suraxani Gənclər Evi”nin yetirməsi olan Musa Bayramov, 2-ci yeri “Sabunçu Gənclər Evi”nin şahmatçısı Emil Sailov, 3-cü yeri isə “Suraxani Gənclər Evi”nin təmsilçisi olan Ramil Əsgərov qazanıblar. Bundan başqa ayrı-ayrı yaş qrupları və dərəcələr üzrə də qalib olmuş yariş iştirakçıları müvafiq diplom və mükafatlarla təltif olunublar.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43