Kateqoriyasız

RƏSMİLƏŞDİ: Yeni mövsümdə Premyer Liqada 8 komanda çıxış edəcək

Bu gün AFFA-nın inzibati binasında qurumun İcraiyyə Komitəsinin iclası keçirilib.

İdmanxeber.com-un məlumatına görə, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

1. Növbəti mövsüm üçün müvafiq qaydada lisenziya almış klubların sayı nəzərə alınaraq, Premyer Liqanın 2016/2017-ci il mövsümü 8 komandanın iştirakı ilə keçirilsin.

2. AFFA-nın Klublar Komitəsinin təklifinə əsasən, legioner futbolçular üçün klublar tərəfindən ödənilən rüsumun məbləği 5 min AZN müəyyənləşdirilsin. Təmsil etdiyi ölkənin milli komandasının üzvü olan legioner futbolçular sifariş ərizəsinə ödənişsiz daxil olunsun.

3. AFFA-nın Klublar Komitəsinin təklifinə əsasən, intizam qaydalarına uyğun olaraq tətbiq edilən cərimə sanksiyalarının məbləği 20 faiz endirilsin.

4. AFFA-nın Futbol Veteranları Fondunun Əsasnaməsinə uyğun olaraq, futbol veteranı Füzuli Cavadova və Nurəddin Əliyevə AFFA-nın təqaüdü verilsin.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43