Milli komanda

Millimiz Avropa çempionatına məğlubiyyətlə başladı

Futzal üzrə "Avro-2016"nın final mərhələsinin oyunlarına start verilib.

İdmanxeber.com-un məlumatına görə, Serbiyanın paytaxtı Belqradda baş tutan turnirdə Azərbaycan millisi ilkm oyununa çıxıb.

D qrupunda mübarizə aparan komandamız İtaliya yığması ilə üz-üzə gəlib və rəqibinə böyükhesabla uduzub – 0:3.

Qeyd edək ki, Tino Peresin rəhbərlik etdiyi komandamız sabah növbəti oyununda Çexiya ilə qarşılaşacaq.

3 fevral

"Avro-2016"nın final mərhələsi

00:00.İtaliya – Azərbaycan – 3:0

Qollar: Aleks Merlim, 20 (1:0), 21 (2:0), Qiasson, 29 (3:0) 
Qırmızı vərəqə: Amadeu (Azərbaycan)
Baş hakim: Mark Birket (İngiltərə)
Belqrad


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43