Milli komanda

Millimiz FİFA reytinqində 24 pillə irəlilədi

FİFA yığma komandaların yeni reytinq cədvəlini açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, millimiz yeni siyahıda  264 xalla 115-ci pillədə qərarlaşıb. Bu isə yığmamızın sonuncu nəticəsi ilə müqayisədə 24 pillə irəliləməsi deməkdir.

Millimizin AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində “H” qrupundakı rəqiblərindən İtaliya 13-cü (1085 xal), Xorvatiya 17-ci (977), Bolqarıstan 67-ci (505), Norveç 70-ci (491) Malta isə 158 xalla 149-cu olub.

İlk onluq isə belə qərarlaşıb:

Almaniya (1687), Argentina (1490), Belçika (1457), Kolumbiya (1412), Braziliya (1354), Hollandiya (1301), Portuqaliya (1221), Uruqvay (1176), İsveçrə (1135), İspaniya (1132).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43