İdman

Millimiz ilk “10-luq”da

Futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb.

İdmanxeber.com xəbər verir ki, Azərbaycan millisinin mövqeyində dəyişiklik olmayıb. Belə ki, komandamız dünya reytinqində 1435 xalla 10-cu pillədə qərarlaşıb.

 

Millimizin AÇ-2018-in final mərhələsindəki rəqiblərindən Macarıstan 1213 xalla 26-cı, Bosniya və Herseqovina 1135 xalla 36-cıdı. 

Siyahıya Braziliya yığması başçılıq edir. Son Avropa çempionu İspaniya 2-ci, Rusiya 3-cü pillədə yer alıb. DÇ-2016-nın qalibi olan Argetina isə 4-cü pillədədi.

 

İlk "10-luq"

1. Braziliya – 1915

2. İspaniya – 1891

3. Rusiya – 1758

4. Argentina – 1706

5. İtaliya – 1630

6. İran – 1605

7. Portuqaliya – 1583

8. Ukrayna – 1471

9. Qazaxıstan – 1465

a10. Azərbaycan – 1435


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43