İdman

Millimiz İsveçrəyə qarşı dirəndi, amma…

Çimərlik futbolu üzrə FIFA Dünya Kuboku-2017 turnirinin İtaliyanın Yezolo şəhərində təşkil olunmuş Avropa komandaları arasında seçmə mərhələsinin ikinci raundunda Azərbaycan milli komandası ikinci oyununu keçirib.

İdmanxeber.com-un məlumatına görə, İsveçrə yığması ilə qarşılaşan millimiz 6:7 hesabı ilə məğlub olub. Komandamızın heyətində Asif Zeynalov dubl edib. Hərəyə 1 dəfə Amid Nəzərov, İlkin Hacıyev, Sabir Allahquliyev və Renat Sultanov fərqlənib.

Millimiz növbəti oyununu sentyabrın 9-da Türkiyə yığmasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 14:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43