İdman

Millimiz dünya reytinqindəki mövqeyini qoruyub

Futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb. 

İdmanxeber.com-un apa-ya istinadən məlumatına görə, Azərbaycan millisi siyahıda 10-cu pillədə yer alıb.

 

Hesabında 1403 xal olan komandamız neçə vaxtdı qərarlaşdığı mövqeyini qoruyur.

 

Sabah Kolumbiyada start götürəcək dünya çempionatının 24 iştirakçısı arasında da yığmamız 10-cu nəticəyə malikdi. Çünki cədvəlin ilk pilləsində yer alanların hamısı Kolumbiyada mübarizə aparacaq. Kənarda qalacaq ən yüksək reytinqli komanda isə 12-ci olan Sloveniyadı.

 

Millimizin qrupdakı rəqiblərindən İspaniya 2-ci, İran 6-cı, Mərakeş 34-cüdü. Ən zəif mundial iştirakçısı isə 51-ci olan Mozambikdi.

 

DÇ-2016-nın iştirakçıları dünya reytinqində

1. Braziliya – 1933

2. İtaliya – 1920

3. Rusiya – 1724

4. Argentina – 1671

5. İtaliya – 1613

6. İran – 1605

7. Portuqaliya – 1573

8. Ukrayna – 1480

9. Qazaxıstan – 1465

10. Azərbaycan – 1403

11. Paraqvay – 1383

13. Kolumbiya – 1364

14. Tailand – 1362

19. Kosta-Rika – 1282

22. Panama – 1238

23. Misir – 1234

24. Qvatemala – 1227

27. Avstraliya – 1223

28. Özbəkistan – 1217

34. Mərakeş – 1178

40. Kuba – 1071

42. Vyetnam – 1055

45. Solomon adaları – 1039

51. Mozambik – 999


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43