İdman

Millimiz Serbiyaya yollandı

Taekvondoçu gənclərdən ibarət Azərbaycan millisi Serbiya səfərinə çıxır.

İdmanxeber.com xəbər verir ki, dünya birinciliyi öncəsi son yarışa qatılacaq komandamız bu gün Belqrada yollanır.

Belə ki, təlim-məşqləri başa vuran yığmamız G1 kateqoriyalı beynəlxalq yarışda 12 idmançı ilə təmsil olunacaq. Baş məşqçi Məmməd Abdullayev “Serbia Open”də Bəhruz Quluzadə, Ayaz Qənbərli (45 kq), Qaşım Maqomedov (55 kq), Əli Məmmədov (59 kq), Nicat Musayev (63 kq), Əliəsgər Əliyev (68 kq), Mehriban Məmmədova (42 kq), Aliyə Zeynalova (44 kq), Nərgiz Mirzəyeva (46 kq), Leyla Məmmədova (52 kq) və Diana Hacəliyevaya (55 kq) şans verəcək.

Oktyabr 29-30-da baş tutacaq sayca 15-ci birincilik Belqradın “Pionir” idman arenasında keçiriləcək. Taekvondoçularımız oktyabrın 31-də vətənə dönəcək.

Qeyd edək ki, millimiz noyabrın 16-20-də Kanada da təşkil ediləcək gənclər arasında dünya birinciliyinə qatılacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43