Kateqoriyasız

Millimiz turnirin qalibi oldu

17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Bosniya və Herseqovinanın Sarayevo şəhərində təşkil olunmuş UEFA-nın inkişaf mini-turnirinin qalibi olub.

İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məumata görə, yığmamız mini-turnirdə keçirdiyi hər üç oyunu qələbə ilə başa vurub.

İlk oyunda Bosniya və Herseqovina komandasını 4:0, ikinci qarşılaşmada isə Makedoniya komandasını 2:1 hesabı ilə məğlub edən futbolçularımız bu gün keçirdiyi son oyunda Monteneqro yığmasına qalib gəlib – 3:0.

Qeyd edək ki, millimizin qollarını Kristina Bakarandze, Gizem Tenekeci və Dilge Uyğun vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43