Ölkə futbolu

Millimizdə yeni futbolçu: AFFA FİFA-ya müraciət etdi

Ukraynanın “Metallurq” (Zaporojye) klubunun müdafiəçisi, əslən azərbaycanlı olan Pavel Paşayev AFFA-ya müraciət edərək Azərbaycan millisində oynamaq istədiyini bildirib.

İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Ukrayna Futbol Federasiyasından bildirilib ki, P.Paşayev bu ölkənin aşağı yaş qruplarından ibarət yığmalarında iştirak edib, lakin əsas komandada oynamayıb.  

AFFA onun müvafiq qaydalara uyğun olaraq Azərbaycan millisində çıxış etməsinə razılıq vermək üçün FİFA-ya müraciət edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43