Milli komanda

Millimizin baş məşqçisi yenə ələ saldı: “Fransızlara yaşatdığımız çətin anları İngiltərə yığmasına da yaşadacağıq”

19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsində keçirlmiş Fransa – Azərbaycan oyunundan sonra yığmamızın baş məşqçisi Nikolay Adam AFFA-nın rəsmi saytına açıqlama verib. 

İdmanxeber.com sizi həmin açıqlama ilə tanış edir:

“Fransa yığması haqda əlavə nəsə deməyə ehtiyac duymuram. Güclü rəqib qarşısında oynamaq çətindir. Bu oyunda komandamın hər hansı mənfi cəhətini görmədim. Uşaqlar bütün bacarıqlarını nümayiş etdirdilər. Taktiki planda və intizam baxımından yaxşı oynadıq. Son 18-liyi müəyyənləşdirərkən komandanın əsas üzvlərindən biri Təyyar Məmmədov zədə səbəbindən kənarda qaldı.

Bizimlə burada olmasına baxmayaraq, təəssüf ki, zədəsini sağalda bilmədi. Əgər zədəli olmasaydı, müdafiənin sağ cinahında oynayacaqdı. Onun mövqeyində 1997-ci il təvüllüdlü Renat Ağaverdiyevə şans verdim. Təəssüf ki, o da ilk hissədə zədələnərək yerini digər 1997-ci il təvüllüdlü Elgün Uluxanova verdi. Oyunun sonunda meydanda 6 nəfər 1997-ci il təvəüllüdlü futbolçu vardı.

Əvvəlki müsahibəmdə futbol ictimaiyyətinə demişdim, bir daha təkrar edirəm ki, buraya turisit kimi gəlməmişik. Fransızlara yaşatdığımız çətin anları İngiltərə yığmasına da yaşadacağıq. Məqsədimiz odur ki, son oyunlaradək qrupdakı vəziyyət gərgin olaraq qalsın”.

Qeyd edək ki, Adamın belə iddialı açıqlamalarından fərqli Fransa – Azərbaycan matçının statistikasına baxsaq hər şeyi tam aydın olar. Hər halda 90 dəqiqə boyunca Fransa qapımıza 29 zərbə endirib ki, buna qarşılıq 4 zərbə ilə cavab verə bilmişik. Buna çətin anlar yaşatmaq deyilməz, bu bəxtin yanımızda olmasıdı. Allah bizi ingilislərdən qorusun.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43