Kateqoriyasız

Millimizin futbolçusu Almaniyada növbəti qolunu vurdu

Almaniya Qərb Regional Liqasında 36-cı turun oyunları keçirilib.

İdmanxeber.com-un məlumatına görə, millimizin üzvü Toğrul Eratın komandası – “Fortuna”nın ikinci komandası doğma meydanda “Borussia II” (Münhenqladbax) ilə qarşılaşıb.

Oyun yarımmüdafiəçimizin komandasının qələbəsi ilə yekunlaşıb – 3:1. Toğrul start heyətində meydana çıxıb və komandasının 3-cü qolunun müəllifi olub.

Qeyd edək ki, “Fortuna” hazırda 53 xalla 19 klub arasında 5-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43