Kateqoriyasız

Millimizin futbolçusu La Liqaya həsrət qaldı

İspaniya La Liqasına vəsiqə uğrunda pley-off matçları keçirilir.

İdmanxeber.com-un məlumatına görə, milli komandamızın üzvü Eddi İsrafilovun şərəfini qoruduğu “Kordoba” səfərdə “Jirona” ilə qarşılaşıb.

Oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 3:1.

İlk görüşdə rəqibinə  2:1 hesabı ilə qalib gələn “Kordoba” iki oyunun nəticəsinə görə La Liqaya yüksəlmək şansını itirib.

Qeyd edək ki, E.İsrafilov bu oyunda meydana çıxmayıb.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43