Kateqoriyasız

Prosineçki: “Qrupdan çıxmaq üçün yaxşı şansımız var”

“Xorvatiya güclü olduğunu nümayiş etdirdi. Daha böyükhesablı qələbə qazanmaq mümkün idi. Amma şansları dəyərləndirmədik”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri millimizin baş məşqçisi Robert Prosineçki deyib.

AÇ-2016-nın D qrupunda qərarlaşan Xorvatiya və Türkiyə yığmaları üz-üzə gəlib. Qarşılaşma xorvatların 1:0 hesablı qələbəsi ilə başa çatıb. 

Oyunu dəyərləndirən millimizin xorvat çalışdırıcısı ölkəsinin şansları haqda da danışıb:

“Qrupdan çıxmaq üçün yaxşı şansımız var. Türkiyə üçün heç nə başa çatmayıb. Onların heyətində Arda Turan və Hakan Çalhanoğlu kimi güclü futbolçular var”.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43