Ölkə futbolu

Millimizin futbolçusunun son durumu bəlli oldu

Millimizin düşərgəsində zədələnən Vüsal İsgəndərlinin son durumu bəlli olub

Bu barədə İdmanxeber.az saytına futbolçu özü məlumat verib. O, təxminən 10 gün yaşıl meydanlardan kənar qalacağını bildirib.

Türkiyə I Liqa təmsilçisi “Boluspor”da çıxış edən İsgəndərli aprelin 2-də komandasının “Gənclərbirliyi”nə qarşı görüşdə oynayıb-oynamayacağının bəlli olmadığını söyləyib.

Xatırladaq ki, yarımmüdafiəçi yığmamızın heyətində Monqolustana qarşı forma geyinsə də, zədə səbəbindən Bolqarıstanla görüşdə iştirak edə bilməmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43