Dünya futbolu

“Qarabağ” Luka Quqeşaşvilini təbrik etdi

“Qarabağ” futbolçusu Luka Quqeşaşvilini təbrik edib.

İdmanxeber.az xəbər verir ki, klub rəsmi sosial şəbəkə hesabları vasitəsi ilə yaydığı təbrikdə bunları qeyd edib:

“Təbriklər, Luka!

Futbolçumuz Luka Quqeşaşvilinin çıxış etdiyi Gürcüstan yığması Avropa çempionatına vəsiqə uğrunda pley-offun finalında Yunanıstanla qarşılaşıb.

Matçın əsas və əlavə vaxtında hesab açılmayıb. Penaltilər seriyasında qələbə qazanmış Gürcüstan millisi tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə yüksəlib”.

Qeyd edək ki, Quqeşaşvili Gürcüstan millisinin ehtiyat qapıçısıdır. O, Yunanstanla matçda da ehtiyatda olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43