Özbəkistanın paytaxtı Daşkənd şəhərində ilk dəfə təşkil edilən beynəlxalq turnirdə iştirak edən futzal üzrə milli komandamızın heyətində dəyişiklik edilib.
İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, son məşqdə zədələnən Seymur Məmmədov heyətdən çıxarılıb.
Onun əvəzinə heyətə “Fənərbaxça” komandasının üzvü Vitali Borisov dəvət olunub.